24 
Noy
2021
11:00
144
56
1058
Virtual karabakh

Baş nazirin müavini: “Nizami Gəncəvinin fikirləri, şeirləri 800 ildən çoxdur ki, yaşayır və yaşayacaq”

24 Noy, 2021
11:00
1058

Baş nazirin müavini: “Nizami Gəncəvinin fikirləri, şeirləri 800 ildən çoxdur ki, yaşayır və yaşayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı yalnız Azərbaycanla bağlı deyildi, həm də dünyəvi idi”.

Oxu.Az xəbər verir ki, bunu baş nazir müavini Əli Əhmədov Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsindəki çıxışı zamanı deyib.

O bildirib ki, Nizami Gəncəvi təkcə dahi şair, söz ustası deyil, həm də böyük mütəfəkkir və filosof olub:

“Nizaminin poeziyasına aid fikirlər mədəniyyətlər, xalqlar və əsrlər arasında körpü olub. Onun əsərlərində ayrı-ayrı xalqların münasibətləri, xalqlar arasında dostluq tərənnüm edilib. Bu gün dünyanın hər bir yerində bütün poeziya sevərlər tərəfindən Nizaminin yaradıcılığına dəyər verilir və yad edilir”.

Əli Əhmədov vurğulayıb ki, 800 il keçməsinə baxmayaraq, Nizami Gəncəvi poeziyasının bədii dəyəri özünü itirməyib, onun fikirlərinin mənası, təsiri azalmayıb:

“Bu gün də dahi şair 800 il bundan əvvəlki kimi sevilir. Nizami Gəncəvi Azərbaycanın fəxri, iftixarıdır. Azərbaycan xalqı arasında böyük bir Nizami sevgisi var. O, azərbaycanlılar tərəfindən öz şairi, öz mütəfəkkiri kimi qəbul edilib. Onun fikirləri, şeirləri 800 ildən çoxdur ki, yaşayır və yaşayacaq”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri