Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Birgə Kommünike qəbul edilib
Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Birgə Kommünike qəbul edilib
Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) çərçivəsində Birgə Kommünike qəbul edilib.
Oxu.Az-ın məlumatına görə, imzalanan sənəd səkkiz bənddən ibarətdir.
Bildirilib ki, sənəd açılış mərasimində səslənən fikirlərin rezumesidir:
2. Biz Nizami Gəncəvinin zəngin fəlsəfi ədəbi irsinin qorunması və təbliği istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Hökumətinə öz minnətdarlığımızı bildiririk. Bu baxımdan, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin imzaladığı Sərəncamı xüsusən qeyd etmək istərdik. Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu forumu Bakı şəhərində təşkil etmək təşəbbüsünü də alqışlayırıq.
4. Nizami yaradıcılığının şah əsəri – məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olan və çağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynamışdır.
6. Biz, həmçinin vurğulayırıq ki, Nizami dühasının zəngin irsi çoxtərəflilik və inklüzivlik ənənələrini müjdələyən və bununla da universal dialoq üçün unikal platforma kimi xidmət edən ilham mənbəyidir. Nizami Gəncəvinin əsərlərində yer alan ideya və mesajlar multikulturalizm, tolerantlıq və sülh şəraitində birgəyaşayış anlayışlarını təbliğ edir.
8. Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, forum iştirakçıları bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycan Respublikasında keçirilməsini təklif edirlər.
Sənədin qəbul edilməsində Azərbaycan Respublikasının baş nazirinin müavini Əli Əhmədov, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak ediliblər.
Nigar Məmmədova