24 
Noy
2021
13:42
114
715
3021
Virtual karabakh

Polad Bülbüloğlu: “Atamın ev muzeyi bərpa olunarkən fəhlələrə kömək etdim”

24 Noy, 2021
13:42
3021

Polad Bülbüloğlu: “Atamın ev muzeyi bərpa olunarkən fəhlələrə kömək etdim”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atamın ev muzeyini bərpa edərkən çox böyük həvəslə, səhərdən axşamadək fəhlələrin yanında oldum. Orada hər qurulan lap xırda daşı da çox böyük həvəslə özüm həll edirdim, izləyirdim, kömək edirdim. Bu, mənim üçün çox xoş idi”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu mediaya açıqlamasında deyib.

O bildirib ki, müharibədən sonra bərpa və quruculuq işləri çox böyük sürətlə aparılır.

“Moskvada da mənə sual verirlər ki, necə ola bilər ki, o boyda beynəlxalq hava limanı cəmi səkkiz aya tikilib? Doğrudan da, bu, böyük möcüzədir. Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm. Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yol salınıb. Bunu televizayadan izləməklə, öz gözlərinlə görmək, ayağınla gəzmək arasında fərq var”, - deyə o qeyd edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri