Dek
2021
06:16
20
84
2165
Virtual karabakh

Benksi məşhur həbsxananın restavrasiyası üçün 13 milyon dollar bağışlayacaq - FOTO/VİDEO

7 Dek, 2021
06:16
2165

Benksi məşhur həbsxananın restavrasiyası üçün 13 milyon dollar bağışlayacaq - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı küçə rəssamı Benksi keçmiş Redinq həbsxanasını (Berkşir, İngiltərə) müasir incəsənət mərkəzinə çevirmək üçün 10 milyon funt sterlinq (22,5 milyon manat) ianə vermək niyyətindədir.

Bildirilir ki, rəssamın həmin həbsxananın divarında Britaniya şairi və dramaturqu Oskar Uaylda (1854-1900) həsr etdiyi qraffiti üçün istifadə etdiyi trafaretin satışından əldə olunan gəlir bu məqsədlər üçün ayrılacaq.

Rəssamın sözlərinə görə, Redinq həbsxanası onu heç vaxt maraqlandırmayıb, lakin bir dəfə reysi təxirə salınmış qatara görə avtobusla gedərkən bu binanı görüb.

“Şəhərin düz mərkəzində rənglənməyi gözləyən 500 metr uzunluğunda divar görmək nadir hallarda olur, ona görə də daha yaxından baxmaq üçün sözün əsl mənasında başqa bir sərnişinin üzərinə çıxdım. Nə gördüyümü dərk etmədən özümə söz verdim ki, bu divara mütləq nəsə çəkəcəyəm. İndi mən bu yerin böyük fanatıyam. Oskar Uayld sehr əldə etmək üçün iki ziddi bir araya gətirənlərin səmavi himayədarıdır. Onu məhv edən yeri sənət ziyarətgahına çevirmək fikri o qədər yaxşıdır ki, biz bunu etməyə məcburuq”, - deyə rəssam bildirib.

Hazırda Benksinin doğma şəhəri Bristoldakı sənət qalereyasında nümayiş etdirilən trafaretin hərraca çıxarılmadan bunda maraqlı olan kolleksiyaçıya 15 milyon funt sterlinqə (təxminən 33,7 milyon manat) satılması planlaşdırılır.

Qeyd edək ki, əsərin həsr olunduğu Oskar Uayld Kralın hökmü ilə həmin həbsxanada həbsdə olub. Başqa bir kişi ilə münasibətdə mühakimə olunan şair il yarım orada yatıb. Sərbəst buraxıldıqdan sonra yazdığı “Redinq ​​həbsxanası haqqında ballada” Uayldın ən məşhur əsərlərindən biri oldu.

2013-cü ildən bəri öz təyinatı üzrə istifadə olunmayan həbsxana binası Viktoriya dövrünün memarlıq abidəsi kimi tanınır. Şəhər bələdiyyəsi onu mədəni məkana çevirmək istəyir, lakin Ədliyyə Nazirliyi balansındakı əmlak üçün ticari alıcı axtarır.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri