Dek
2021
17:20
28
187
1733
Virtual karabakh

“Mədəniyyət” kanalında yeni tok-şou yayımlanacaq - VİDEO

9 Dek, 2021
17:20
1733

“Mədəniyyət” kanalında yeni tok-şou yayımlanacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Televiziya məkanında mədəniyyətin müxtəlif sahələrindəki problemlərin müzakirəsi üçün yeni tok-şou olacaq.

Oxu.Az xəbər verir ki, “Deməli” adlanan tok-şou “Mədəniyyət” kanalında yayımlanacaq.

Hər həftənin cümə axşamı günləri saat 18:00-da yayımlanması nəzərdə tutulan verilişdə mədəniyyət sahəsinin ən müxtəlif istiqamətlərindən danışılacaq, problemlər və onların həlli yolu müzakirə olunacaq.

Verilişin ilk buraxılışı musiqiyə və müasir musiqi zövqünə həsr olunub.

Növbəti veriliş isə Bakı Dövlət Sirkinə həsr olunub. Sirkin problemləri və nailiyyətləri müzakirə mövzusu olacaq.

Verilişə müzakirə olunan mövzu üzrə aidiyyəti şəxslər, ekspertlər dəvət olunacaq. “Deməli”də şəhərdə keçirilmiş sosial sorğular yer alacaq, sakinlərin də rəyi öyrəniləcək.

Xaricdə yaşayan azərbaycanlılar da verilişin qonağı olacaq. Onlar mövzuya canlı bağlantılar vasitəsilə fikir bildirəcəklər. Studiyada əyləşən tamaşaçılar da qonaqlara öz suallarını ünvanlaya biləcəklər.

Tok-şounun müəllifi və aparıcısı Güldəstə Nəsibdir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri