12 
Dek
2021
10:48
20
439
8910
Virtual karabakh

Xalq artistindən xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

12 Dek, 2021
10:48
8910

Xalq artistindən xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.

Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam”.

Qeyd edək ki, ötən gün Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.

09:50

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.

İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.

Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Allah şəfa versin.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri