12 
Dek
2021
22:12
319
23
3523
Virtual karabakh

Türkiyənin iştirakı ilə çəkilən film Avropanın ən yaxşısı oldu

12 Dek, 2021
22:12
3523

Türkiyənin iştirakı ilə çəkilən film Avropanın ən yaxşısı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Kino Akademiyasının əsas mükafatı “Hara gedirsən, Aida?” filminə verilib.

Bosniyalı rejissor Yasmila Jbaniç tərəfindən lentə alınan ekran əsəri Srebrenitsa hadisələrinə həsr olunub. Film Bosniya, Avstriya, Hollandiya, Fransa, Polşa, Norveç, Almaniya və Türkiyənin birgə istehsalıdır.

Aida obrazını canlandıran serbiyalı aktrisa Yasna Curiçiç “Ən yaxşı aktrisa” mükafatını, “Ata” filmində rol alan Entoni Hopkins isə “Ən yaxşı aktyor” nominasiyasını qazanıb.

Qeyd edək ki, Avropa Film Akademiyası Mükafatı 1988-ci ildə təsis edilib.

Mənbə: life.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri