13 
Dek
2021
17:54
101
28
1780
Virtual karabakh

Göbəklitepe və Şanlıurfa muzeyindən VİDEOREPORTAJ

13 Dek, 2021
17:54
1780

Göbəklitepe və Şanlıurfa muzeyindən VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV Türkiyənin ən böyük 7-ci şəhəri Şanlıurfada yerləşən Göbəklitəpə məbəd kompleksi və Şanlıurfa muzeyindən reportaj hazırlayıb.

Göbəklitəpə dünyada ən qədim istehkam məbəd kompleksidir. 2003-cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən, məbəd kompleksi eramızdan əvvəl 9-cu minilliyə aiddir. Onun aşkar edilməsi Yaxın Şərq və bütün Avrasiyada ilkin Neolit dövrü haqqında qəbul olunmuş baxışlarda inqilabi dönüş etmiş olub. Göbəklitəpə məbəd kompleksi bu günə qədər Mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.

Baku TV-nin çəkiliş qrupu Şanlıurfa muzeyində də olub. Balıqlıgölün ətrafında evlərin altından tapılan, insan boyunda olan (1.80 metr) dünyanın ən qədim heykəli bu muzeydə sərgilənir. Heykəlin üzündə, dərin göz oyuqlarında şüşələr yerləşdirilib. Ağız nahiyəsi yoxdur, əlləri isə önə çarpazlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri