22 
Dek
2021
05:25
21
92
1595
Virtual karabakh

NASA kosmosda film çəkilişləri barədə açıqlama verdi

22 Dek, 2021
05:25
1595

NASA kosmosda film çəkilişləri barədə açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) hələ kosmosda film çəkmək niyyətində deyil. Bu barədə Beynəlxalq Kosmik Stansiyanın (BKS) ABŞ proqramının rəhbəri Coel Montalbano bildirib.

“Elə özəl şirkətlər var ki, onların kosmosda görmək istədikləri işlərlə bağlı fikirləri var. Onlar bunu NASA-ya təqdim edib koordinasiya etməyə borcludurlar”, - deyə o, xəbərdarlıq edib.

“Hazırda film çəkilişi ilə bağlı raket buraxılışı nəzərdə tutulmayıb”, - deyə ABŞ BKS proqramının rəhbəri əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin may ayında NASA-nın ovaxtkı direktoru Ceyms Bridenstayn Hollivud aktyoru Tom Kruzun iştirakı ilə Daq Layman tərəfindən tərəfindən çəkilən filmin bir hissəsinin BKS-də olacağını açıqlamışdı. Mətbuatda həmçinin filmin yaradılmasında amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin iştirak etdiyini bildirib. Kruz və Laymanın 2021-ci ilin payızında “Crew Dragon” ilə BKS-ə getməsi gözlənilirdi.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri