30 
Dek
2021
10:24
142
9
1081
Virtual karabakh

Nizami Gəncəvi Peru mediasının diqqət mərkəzində - FOTO

30 Dek, 2021
10:24
1081

Nizami Gəncəvi Peru mediasının diqqət mərkəzində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bağlı bu ölkədəki səfirimiz Məmməd Talıbovun müəllifi olduğu “Nizami Gəncəvi: bəşəriyyətin ədəbi zənginliyi” başlıqlı məqalə dərc olunub.

Yazıda N.Gəncəvinin həyat yolu və yaradıcılığı haqda məlumat verilir, yaratdığı müstəsna ədəbiyyat nümunələri ilə Şərq intibahının ən görkəmli nümayəndəsi kimi yadda qaldığı və özündən sonra çoxəsrlik zəngin bədii miras qoyduğu haqda danışılır.

Məqalədə, həmçinin N.Gəncəvinin ədəbiyyatdakı təsir gücünün ölkə hüdudlarını aşaraq İran, Türkiyə, Hindistan və Mərkəzi Asiyaya qədər yayıldığı, öz universal mövzuları və ədəbi innovasiyaları ilə bu bölgələrin ədəbi-bədii mühitinə önəmli təsir göstərdiyi bildirilir.  

Sonda bu il N.Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğu və bu münasibətlə 2021-ci ilin ölkəmizdə “Nizami ili” kimi qeyd olunduğu deyilir.

Məqaləyə baxmaq üçün keçiddən istifadə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri