Yan
2022
11:51
175
40
7977
Virtual karabakh

Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı - FOTO

3 Yan, 2022
11:51
7977

Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonedən Beverli Hillsdəki malikanəsini endirimlə alıb.

“Rembo” filmlərinin ulduzu evini ilkin dediyi dəyərə sata bilmədiyi üçün onun qiymətini demək olar ki, iki dəfə aşağı salmışdı.

Məlumata görə, aktyor ilk əvvəl daşınmaz əmlakına görə 81 milyon funt sterlinq istəyib, ancaq alıcı tapılmayıb. Ötən ilin mayında o, evin qiymətini 63 milyon funt sterlinqə endirdi, lakin bu da heç bir nəticə vermədi. Sonda o, malikanəni 42 milyon funt sterlinqə satdığını elan etdi.

Yeni qiymət məşhur ifaçını qane etdiyindən, o, malikanəni almaq qərarına gəlib.

Beləliklə, Adel London və Los-Ancelesdəki evlərinin də yer aldığı daşınmaz əmlak portfelini genişləndirib.

Qeyd edək ki, 33 yaşlı ifaçının əri Riç Paul ilə birlikdə sərvəti hazırda 140 milyon funt sterlinq qiymətləndirilir.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri