Yan
2022
11:55
32
223
1930
Virtual karabakh

Azərbaycanlı fotoqraf 95 yaşında vəfat edib

4 Yan, 2022
11:55
1930

Azərbaycanlı fotoqraf 95 yaşında vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Kamal Babayev vəfat edib.

Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, K.Babayev uzun sürən xəstəlikdən 95 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Babayev 1927-ci il iyunun 3-də Bakıda anadan olub. 1953-cü ildən “Pioner” jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və vəfat edənə kimi muzeyin fotoqrafı kimi işləyib.

1990-cı illərdə Moskvada çıxan “Panorama Azərbaycana” qəzeti ilə əməkdaşlıq edib, fotoşəkil və məqalələri dərc olunub. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş “Master i Marqarita” müsabiqəsinin və “Serdse” müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış “Azərbaycan fotoqraflarının əsərləri” sərgisində bir neçə əsəri ilə çıxış edib. “Azərbaycan Elmlər Akademiyası” fotoalbomunun müəllifidir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri