Yan
2022
08:45
19
139
3385
Virtual karabakh

Çoxdan gözlənilən fantastik filmin relizi növbəti dəfə təxirə salındı - FOTO

5 Yan, 2022
08:45
3385

Çoxdan gözlənilən fantastik filmin relizi növbəti dəfə təxirə salındı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sony Pictures” şirkəti baş rolunu Cared Letonun oynadığı “Morbius” filminin buraxılışını növbəti dəfə təxirə salıb. Bu dəfə filmin yayımının aprelin 1-də olacağı gözlənilir.

Bu barədə “Hollywood Reporter”in sabiq redaktoru Metyu Belloni xəbər verib.

Qeyd edək ki, film bundan əvvəl dəfələrlə təxirə salınıb.  Belə ki, “Mobius”un buraxılışı ilk əvvəl 2020-ci ilin iyuluna planlaşdırılmışdı. Həmin vaxtdan bəri filmin yayımı dörd dəfə gecikdirilib.

Ekspertlər “Sony Pictures” şirkətinin bu addımını pandemiya və kassa gəlirlərini artırmaq istəyi ilə əlaqələndirib. Ehtimal olunur ki, yaz ayına qədər “omicron” səngiyər və insanlar kinoteatrlara getməyə daha həvəsli olarlar.

Mənbə: playground.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri