Yan
2022
01:44
360
19
3273
Virtual karabakh

Kianu Rivz “Matrisa”dan qonorarının 70 faizini ianə etdi - FOTO

5 Yan, 2022
01:44
3273

Kianu Rivz “Matrisa”dan qonorarının 70 faizini ianə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Kianu Rivz həmkarları arasında “yaxşı insan” reputasiyasına malikdir. Bu dəfə də o, adını doğruldub. Belə ki, aktyor “Matrisa: Diriliş” (“The Matrix Resurrection”) üçün qonorarının 70%-ni tibbi tədqiqatlara bağışlayıb.

Məlumata görə, ulduzun “4-cü matrisa”ya qayıtmasının qiyməti 35 milyon dollar (59,5 milyon manat) olub. O da bunun 31,5 milyon dollarını (52,7 milyon manat) leykemiya xəstəliyinin müalicəsi üçün araşdırmalara ianə edib.

Qeyd edək ki, aktyor ilk dəfə deyil ki, belə xeyriyyəçiliklə məşğul olur. Onun bacısı 1991-ci ildən 2001-ci ilə qədər 10 il ərzində xərçənglə mübarizə aparıb və sağalıb. Akyor bu səbəbdən ötən ilin 90-cı illərindən bu yöndə ianələr edir.

Mənbə: playground.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri