Yan
2022
21:59
23
885
10388
Virtual karabakh

Azərbaycanın əməkdar artisti vəfat edib - YENİLƏNİB + VİDEO

8 Yan, 2022
21:59
10388

Azərbaycanın əməkdar artisti vəfat edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Novruz Qartal sabah Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-ya mərhum aktyorun oğlu Elnur Əliyev məlumat verib.

Qeyd edək ki, Novruz Qartal uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib.

21:13

Azərbaycanın Əməkdar artisti Novruz Qartal 74 yaşında vəfat edib.

Bu barədə Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib.

Qeyd edək ki, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y.Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb: “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da “Tın-tın Əsəd”, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da “Dilənçilər padşahı”, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Volqalı canan”da Müqəddəsov, “Şeytanın yubileyi”ndə Şirvan, “Kələkbazlar”da Əlipaşa və s.

25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. O, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

Novruz Qartal 2021-ci il noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri