16 
Yan
2022
00:27
125
10
2524
Virtual karabakh

Çəkiliş meydançasında ölümlə əlaqədar Bolduin telefonunu istintaqa verib – FOTO

16 Yan, 2022
00:27
2524

Çəkiliş meydançasında ölümlə əlaqədar Bolduin telefonunu istintaqa verib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Alek Bolduin operator Qalina Hatçinsin “Pas” (“Rust”) filminin çəkiliş meydançasında ölümü ilə bağlı araşdırma çərçivəsində telefonunu səlahiyyətlilərə təhvil verib.

Bu barədə Bolduinin vəkili Aaron Dayer xəbər verib.

Onun sözlərinə görə, aktyor telefonunu səlahiyyətlilərə könüllü olaraq verib.

“O, bunu ona görə edib ki, Hatçinsin ölümü ilə bağlı istintaq tamamlansın. Ancaq söhbət onun telefonu ilə bağlı deyil, orada cavablar yoxdur. Alek günahkar deyil”, - deyə vəkil vurğulayıb.

Dayer bu işdə cavablandırılması lazım olan əsas məsələnin həmçinin əsl güllələrin çəkiliş meydançasına necə düşdüyünü öyrənilməsi olduğunu qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 21-də Bolduin “Pas” filminin çəkiliş meydançasında epizodu məşq edərkən həqiqi güllə ilə dolu tapançadan atəş açıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.

Mənbə: NBC News

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri