18 
Yan
2022
11:54
540
42
8609
Virtual karabakh

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin FOTOLARI - YENİLƏNİB

18 Yan, 2022
11:54
8609

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin FOTOLARI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Prezident İlham Əliyevin iştirakı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub. 

Oxu.Az-ın fotoqrafı açılışı olan heykəlin fotolarını kamerasının yaddaşına köçürüb. 

Həmin fotoları təqdim edirik:

10:13

Bu gün böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulan heykəlinin açılışı gözlənilir. 

Oxu.Az-ın məlumatına görə, bir müddət əvvəl H.Z.Tağıyevin heykəlinin qoyulması üçün ərazidə işlərin görülməsinə başlanılıb. 

Xalq rəssamı Xanlar Əhmədov Oxu.Az-a açıqlamasında heykəlin açılışının bu gün olacağını bildirib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edilib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.

Xatırladaq ki, ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv olunduğu üçün heykəlin açılışı təxirə salınmışdı. 

İlhamə Əbülfət
Foto: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri