22 
Yan
2022
07:39
54
181
2979
Virtual karabakh

“Kalmar Oyunu” serialının ikinci mövsümünün buraxılışı təsdiqlənib - FOTO

22 Yan, 2022
07:39
2979

“Kalmar Oyunu” serialının ikinci mövsümünün buraxılışı təsdiqlənib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Netflix” Cənubi Koreyanın “Kalmar Oyunu” (“Squid Game”) serialının ikinci mövsümünün buraxılışını təsdiqləyib.

Bu barədə şirkətin rəhbərlərindən biri Ted Sarandos jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Seriyanın ilk sezonunun davamı ilə bağlı suala “Əlbəttə” deyən Sarandos, “Kalmar Oyunu”  kainatı yenicə yaranıb” deyə əlavə edib.

Onun fikrincə, Cənubi Koreya serialı “Netflix” əyləncə franşizaları kateqoriyasına aiddir ki, onlar striminq platformasından kənarda böyümək potensialına malikdir - canlı temalı hadisələr, oyunlar və bu video məhsulla əlaqəli mallar şəklində.

Qeyd edək ki, 2021-ci ilin sonunda “Kalmar Oyunu”  rejissoru Hvan Don-Xyok məşhur serialın təkcə ikinci deyil, üçüncü mövsümünü də çəkmək üçün “Netflix” ilə danışıqlar apardığını deyib.

“Kalmar Oyunu” “Netflix”in indiyə qədər ən uğurlu şousu kimi tarixə düşüb. Film həyatı dayanan insanların böyük pul mükafatı almaq üçün həyatlarını riskə atdıqları gizli sağ qalma oyunundan bəhs edir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri