26 
Yan
2022
02:02
14
78
1462
Virtual karabakh

Con Lennonun oğlunun şəxsi əşyaları NFT tokenləri şəklində satılacaq – FOTO

26 Yan, 2022
02:02
1462

Con Lennonun oğlunun şəxsi əşyaları NFT tokenləri şəklində satılacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Beatles” qrupunun solisti Con Lennonun oğlu Culian Lennonun şəxsi kolleksiyası Kaliforniya ştatının Beverli Hills şəhərindəki “Julien's Auctions” auksionunda satılacaq.

Hərracın saytında yerləşdirilən məlumatda bildirilir ki, hərrac fevralın 7-də keçiriləcək.

Təqdim olunan əşyalar arasında Pol Makkartninin valideynlərinin boşanması ilə əlaqədar Culiana təsəlli vermək üçün yazdığı “Hey Jude” mahnısı üçün notlar da var. Bundan əlavə, bu kolleksiyaya Con Lennonun iki fərqli filmdə çəkildiyi zaman geyindiyi orijinal Əfqanıstan palto və qara plaş daxildir.

Açıqlamada deyilir ki, Culiana atasının şəxsən bağışladığı üç gitara da hərraca çıxarılır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri