26 
Yan
2022
15:24
39
177
1853
Virtual karabakh

“Azdrama” koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırdı

26 Yan, 2022
15:24
1853

“Azdrama” koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə teatr “Facebook” səhifəsində paylaşım edib.

Bildirilib ki, son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərarı alınıb:

“Yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub.

Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb.

Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri