29 
Yan
2022
04:17
95
26
2721
Virtual karabakh

Mikki Mausun sevgilisi 100 ildən sonra kult qırmızı geyimini dəyişdi - FOTO

29 Yan, 2022
04:17
2721

Mikki Mausun sevgilisi 100 ildən sonra kult qırmızı geyimini dəyişdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı modelyer, musiqiçi Pol Makkartninin qızı Stella kulta çevrilən cizgi film qəhrəmanı Mikki Mausun sevgilisi Minniyə şalvar “geyindirib”.

Personajın geyiminin yenilənməsi “Disneyland”in Parisdə keçiriləcək 30 illik yubileyinə həsr olunub.

Qeyd olunur ki, Minni 100 illik tarixində ilk dəfə paltarını dəyişəcək.

Beləki obrazın əynində ağ xallı adi qırmızı donun əvəzinə qara xallı mavi şalvar dəsti olacaq. Minninin başındakı bantın da rəngi dəyişəcək.

Xatırladaq ki, Amerika Pantone Rəng İnstitutunun (Pantone Color Institute) mütəxəssisləri 2022-ci ilin əsas rəngini bənövşəyi-qırmızı alt tonu əlavə edilmiş göy çaları seçiblər.

“Göy rəngin keyfiyyətlərini bənövşəyi-qırmızı rənglə birləşdirən “Pantone 17-3938 Very Peri” enerjili, şən əhval-ruhiyyəni, həmçinin cəsarətli yaradıcılığa və obrazlılığa təşviq edən dinamik varlığı nümayiş etdirir”, -  deyə institutun icraçı direktoru Leatris Eysman bildirib.

Mənbə: The New York Post

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri