14 
Mar
2022
12:16
12
78
1006
Virtual karabakh

“İtin hakimiyyəti” filmi daha bir nominasiyanın laureatı oldu - VİDEO

14 Mar, 2022
12:16
1006

“İtin hakimiyyəti” filmi daha bir nominasiyanın laureatı oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı rejissor Ceyn Kempionun “İtin hakimiyyəti” (“The Power of the Dog”) BAFTA-nın (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) “Ən yaxşı film” nominasiyasını qazanıb.

Film Amerika yazıçısı Tomas Sevicin 1967-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilib. Film 1920-ci illərdən bəhs edir. Fil və Corc qardaşları Montananın ən böyük fermasının sahibidirlər. Qohum olmalarına və birlikdə iş görmələrinə baxmayaraq, onların ortaq cəhətləri çox azdır: Fil kobuddur, çimməyi sevmir və zəifləri alçaltmaq fürsətini əldən vermir, Corc isə sakit, nəzakətlidir və sakitcə iş görməyə üstünlük verir. Corc yeniyetmə oğlu olan yerli dul qadın Rouzla evlənəndə Fil bununla heç cür barışa bilmir.

Filmdə Benedikt Kamberbetç, Kirsten Danst və Cessi Plemons çəkiliblər.

Qeyd edək ki, Kamberbetç sözügedən filmin çəkilişi zamanı dəfələrlə nikotindən zəhərlənib. Filmdə amerikalı fermer rolunu oynamağın çətinliyindən danışan artist etiraf edib ki, xarakterə tam girmək üçün dəfələrlə filtrsiz, əl ilə bükülmüş siqaretləri çəkməli olub.

“Mən üç dəfə nikotinlə zəhərlənmişəm. Həqiqətən, çox siqaret çəkmək məcburiyyətində olmaq dəhşətlidir”, - deyə aktyor izah edib.

Xatırladaq ki, bundan əvvəl “İtin hakimiyyəti” dram filmi nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanmışdı.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri