19 
May
2022
16:46
169
46
753
Virtual karabakh

Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

19 May, 2022
16:46
753

Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşada bu gün keçirilən konfrans vacib əhəmiyyətə malikdir, çünki postmünaqişə dövründə mədəni əməkdaşlığın inkişafına həsr olunub”.

“Report” xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

Nazir müavini bu konfransın əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.

“Türkiyə hər zaman Azərbaycanın yanında olub. Şuşa Bəyannaməsi cəmi iki ölkə arasında imzalansa da, bütün regionun inkişaf modelinə çevrilə bilər”, - Sərdar Çam deyib.

Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlıq çox böyük əhəmiyyətə malikdir:

“Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, sərhədlərin demarkasiya və delimitasiyasına başlanılması xüsusilə əhəmiyyətlidir”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri