20 
May
2022
13:22
10
122
805
Virtual karabakh

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

20 May, 2022
13:22
805

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağda mədəni irs abidələrinin çoxu dağıdılıb”.

Bunu “Report”a “Müdriklik” Fondunun direktoru Zinat Şaukatali bildirib.

Onun sözlərinə görə, “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans regionda mədəni irsin qorunub saxlanması və bərpası baxımından unikal və zəruridir.

“Burada mədəni abidələr dağıdılıb. Bu ərazilər tarixi əhəmiyyətə malikdir. Bu səbəbdən onları qoruyub saxlamaq nəinki lazımdır, hətta vacibdir”, - o deyib.

Fond direktoru işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi təhlükəsinə toxunub:

“Minalar ölüm gətirir. Bəs niyə onlardan istifadəyə icazə verilir?! BMT minalardan istifadəyə görə cəza nəzərdə tutan qanun qəbul etməlidir. İstədiyin yerdə mina basdırmaq olmaz. Bu, sivil hərəkət deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri