İyl
2022
13:18
50
14
1262
Virtual karabakh

YUĞ Teatrına baş rejissor təyin olunub - FOTO

1 İyl, 2022
13:18
1262

YUĞ Teatrına baş rejissor təyin olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət YUĞ Teatrına baş rejissor təyin olunub.

Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rejissor Mikayıl Mikayılov kollektivə təqdim edilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətova iştirak ediblər.

Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan M.Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur.

Müxtəlif illərdə “İlin ən yaxşı gənc kino aktyoru” (2004), “İlin ən yaxşı gənc rejissoru” (2005) və “Zirvə” (2013) mükafatlarına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri