İyl
2022
17:14
57
416
29994
Virtual karabakh

İntim videolarla şantaj olunan 73 yaşlı Xalq artisti: “Biabır olmaq istəmirəm” – YENİLƏNİB + FOTO

1 İyl, 2022
17:14
29994

İntim videolarla şantaj olunan 73 yaşlı Xalq artisti: “Biabır olmaq istəmirəm” – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Kazım Abdullayev onu intim videolarla şantaj edən şəxsdən danışıb.

Oxu.Az-a açıqlama verən K.Abdullayev mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin şəxsin ondan əl çəkdiyini qeyd edib:

“Mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bu mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin adam mənə yazdı ki, daha mənim sizlə işim yoxdur. Sözlərini geri götürüb, qaçıb getdi. Tanımıram, kim olduğunu da bilmirəm”.

Aktyor sözügedən görüntülərin montaj olduğunu vurğulayıb:

“İndiki zamanda yalandan video düzəltməyə nə var ki? İndi adamsız kino çəkirlər. Montaj olunmuş bir video idi. Mən bu mövzu ilə bağlı paylaşım etməsəydim, onlar məndən əl çəkməyəcəkdilər, evimi də satdıracaqdılar. 73 yaşım var, mən montaj olunmuş videolar ilə biabır olmaq istəmirəm”.

Xalq artisti son olaraq media qurumlarından bu mövzu ilə bağlı onu narahat etməmələrini xahiş edib.

15:30

Xalq artisti Kazım Abdullayev şantajla hədələnib.

Oxu.Az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında məlumat paylaşıb.

K.Abdullayev erotik videolarla şantaj edildiyini bildirib:

“Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir! Hamınız məni gözəl tanıyırsınız. Bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən sosial şəbəkə hesablarımı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm, bu işdə mənə yardım etsinlər”.

Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri