12 
Sen
2022
14:48
4
245
3245
Virtual karabakh

Xalq artistinin qızı: “Dünən halı lap pisləşdi”

12 Sen, 2022
14:48
3245

Xalq artistinin qızı: “Dünən halı lap pisləşdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ənvər Həsənov uzun sürən müalicədən sonra sentyabrın 5-də xəstəxanadan evə buraxılmışdı.

Aktyorun qızı Aytən Həsənova Axşam.az-a açıqlamasında atasının səhhətinin yenidən pisləşdiyini deyib. O bildirib ki, Ə.Həsənov xəstəxanaya getməkdən imtina edib:

“Dünən halı lap pisləşdi. İndi də halsızdır. Axırda güclə bir MRT (maqnit rezonans tomoqrafiyası - red.) tapmışam və növbəyə yazılmışam. Atam xəstəxanaya getməkdən imtina edir, deyir, nə olursa, evimdə olsun. Həkim gəlib yoxlayır, nəzarətdə saxlayır”.

A.Həsənova atasının koronavirus testinin nəticəsindən də danışıb:

“Beş gündən sonra testin cavabı neqativ çıxdı. Çox gülməli hal idi. Atam o virusu haradan tutdu və necə sağaldı - anlamadıq. Atamın səhhətindəki problem beynindəki travmadır. O, onu çox zəif saldı”.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri