12 
Sen
2022
17:40
50
17
1058
Virtual karabakh

Azərbaycanda “Greatest Showman” in Azerbaijan” müziklinin dünya premyerası oldu - FOTO

12 Sen, 2022
17:40
1058

Azərbaycanda “Greatest Showman” in Azerbaijan” müziklinin dünya premyerası oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində ABŞ səfirliyinin təşkilati dəstəyi ilə ingilis dilində möhtəşəm “The Greatest Showman” müzikl-tamaşası nümayiş olunub.

Bu tamaşa ilə “Jam SS” teatr studiyası sentyabrın 10-da teatr mövsümünün açılışını və studiyanın 20 illiyini elan edib. Bu layihənin müəllifi və yaradıcısı tamaşada baş rolu ifa edən “Jam Group”un rəhbəri Əziz Əzizov olub.

Müzikl tamaşaçıların yaddaşında çoxlu sayda rəqs nömrələri, parlaq geyimlər, gözəl dekorasiyalar və təbii ki, istedadlı sənətkarların ifasında orijinal vokal kompozisiyaları ilə yadda qalıb.

Müziklin hazırlığı təxminən üç ay çəkib. Kütləvi nömrələr üzərində xeyli iş komandanın baş xoreoqrafı Zarinə Rəhimova və assistenti Dilarə Mürsəlova tərəfindən həyata keçirilib. Tamaşanın vokal-xor hissəsi teatr studiyasının baş vokalçıları Natavan Quliyeva və Aliyə Rəhimovanın sayəsində səhnələşdirilib.

Onu da qeyd edək ki, tamaşanın bütün ab-havasını çatdıra bilən dekorasiya və geyimlər Endryu Frimen və Marqo İsma tərəfindən idarə olunub. Bu tamaşada və bütün “Jam SS” komandasında eyni dərəcədə mühüm rolu müziklin quruluşçusu Rəsul Həsənov oynayıb.

Maraqlıdır ki, “The Greatest Showman” tamaşa kimi dünyanın heç bir məkanında səhnəyə qoyulmayıb, ona görə də onu dünya premyerası adlandırmaq olar!

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri