20 
Sen
2022
00:03
33
177
3823
Virtual karabakh

Çəkiliş zamanı qəza: Keyt Uinslet xəstəxanaya yerləşdirildi - FOTO

20 Sen, 2022
00:03
3823

Çəkiliş zamanı qəza: Keyt Uinslet xəstəxanaya yerləşdirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

46 yaşlı britaniyalı aktrisa Keyt Uinslet film çəkilişləri zamanı yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hazırda Hollivud ulduzu Xorvatiyada “Li” tarixi dramının çəkilişlərində iştirak edir. Məlumata görə, çəkiliş zamanı Uinslet müvazinətini itirərək yıxılıb və xəsarət alıb, bundan sonra tibb müəssisəsinə yerləşdirilib.

Mənbədən bildirilib ki, hazırda onun səhhətinə heç bir təhlükə yoxdur və işləməyə davam edə bilər.

“Keyt sürüşərək yıxılıb və ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. O, yaxşıdır və bu həftə, planlaşdırıldığı kimi, çəkilişlərə başlanacaq”, - deyə aktrisanın nümayəndələri bildiriblər.

Qeyd edək ki, “Oskar” mükafatçısı İkinci Dünya müharibəsi zamanı “Vogue” jurnalında müharibə müxbiri kimi fəaliyyət göstərən fotoqraf Li Milleri canlandıracaq. Aktyor heyətinə Marion Kotiyar, Cud Lou, Andrea Rayzboro və Coş Okonnor da daxildir.

Mənbə: “The Hollywood Reporter”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri