29 
Sen
2022
15:52
80
30
1960
Virtual karabakh

İTV “Avroviziya” mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı məlumatlara münasibət bildirib

29 Sen, 2022
15:52
1960

İTV “Avroviziya” mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı məlumatlara münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz yeni televiziya mövsümü ilə bağlı açıqladığımız məlumatda heç də proqramda nəzərdə tutulan, yayımlanacaq bütün verilişlər və layihələr haqqında məlumat verməmişik. Çünki həcm baxımdan məlumat çox geniş alınırdı”.

Bu sözləri “Report”a açıqlamasında İctimai TV-nin Aparat rəhbərinin müavini Ələsgər Vəliyev televiziyanın efirində “Avroviziya” mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin məlumat əsasən yeni layihələrdən, seriallardan, ilk dəfə nümayiş etdiriləcək filmlərdən və müəllif proqramlarından bəhs edir:

“Press-relizdə o da qeyd edilib ki, indiyədək İctimai TV-də ictimaiyyətin böyük maraqla izlədiyi digər bütün verilişlər, layihələr və proqramların yayımı davam edəcək”.

Aparat rəhbərinin müavini bildirib ki, “Avroviziya” isə ənənəvi olaraq İctimai Televiziyanın hər il yayımladığı beynəlxalq Mahnı Müsabiqəsidir:

“Bu yarışmanı İctimai TV Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən bəri hər il yayımlayır. Yəni bu məsələdə yeni bir xəbər yoxdur. Ona görə də, "Avroviziya"nın yayımından imtina haqqında iddialar əsassızdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri