Okt
2022
16:20
285
68
7330
Virtual karabakh

Alla Puqaçovanın nəvəsi səhnədən səfərbərliyə cəlb olunması iddialarına cavab verdi – YENİLƏNİB + FOTO

7 Okt, 2022
16:20
7330

Alla Puqaçovanın nəvəsi səhnədən səfərbərliyə cəlb olunması iddialarına cavab verdi – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müğənni Alla Puqaçovanın nəvəsi aktyor Nikita Presnyakov səfərbərliyə cəlb olunması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.

O, özünün rəsmi “Telegram” kanalında pərəstişkarlarını sakitləşdirib.

“Feykdir”, - deyə Nikita vəziyyətlə bağlı şərh verib.

Qeyd edək ki, buna qədər Rusiya mediasında müğənninin qonaq olduğu Moskva Quberniya Teatrında keçirilən məşqdən birbaşa hərbi komissarlığa aparıldığı barədə xəbərlər yayılmışdı. Ancaq teatrdan bildirilib ki, Nikita sonuncu dəfə sentyabrın sonunda səhnəyə çıxıb.

14:52

Rusiyalı müğənni Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov səfərbərliyə cəlb olunub. Onu Moskva əyalət teatrında məşq zamanı birbaşa səhnədən düşürərək aparıblar.

Bu barədə teatra yaxın mənbədən məlumat verilib.

Teatrın mətbuat xidməti və artistin PR direktoru isə hələlik şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, 31 yaşlı Nikita Presnyakovun valideynləri Rusiya Federasiyasının əməkdar artisti Kristina Orbakayte və müğənni Vladimir Presnyakovdur.

Xatırladaq ki, Nikitanın nənəsi, SSRİ xalq artisti Alla Borisovna Puqaçova sentyabrın 29-da kiçik uşaqları ilə birlikdə şəxsi təyyarə ilə Rusiya Federasiyasını tərk edib. Buna səbəb rusiyalı aparıcı Maksim Qalkinin sentyabrın 18-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin xarici agentləri reyestrinə daxil edilməsi olub. Bundan sonra Puqaçova quruma müraciət edərək özünün də əri kimi xarici agent kimi tanınmasını istəyib və geri dönüş bileti almadan İsrailə yollanıb.

Mənbə: 5TV

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri