Noy
2022
17:28
27
203
1892
Virtual karabakh

“Disney”in sevimli qəhrəmanlarını “geyindirən” rəssam vəfat etdi - FOTO

7 Noy, 2022
17:28
1892

“Disney”in sevimli qəhrəmanlarını “geyindirən” rəssam vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Disney” əyləncə parkında gəzintilər, filmlər və televiziya şouları üçün kostyumlar hazırlayan məşhur dizayner Elis Estes Devis 93 yaşında vəfat edib.

O, Los-Ancelesdəki evində dünyasını dəyişib.

Devis “Disney”in əfsanəvi “doqquz qoca”sından biri olan animator Mark Devis ilə evli olub.

Elis Estes 1929-cu ildə Kaliforniyanın Eskalona şəhərində anadan olub. O, 1947-ci ildə Los-Ancelesdəki Şuinard İncəsənət İnstitutunda, həmçinin animasiya öyrənmək üçün gecə məktəbində oxuyub. “Ağca xanım və yeddi cırtdan” (1937) və “Bembi” (1942) filmləri üzərində işləyən Mark Devis isə “Disney”in Şuinar meydançasında təlimatçı olub.

Estes təhsilini bitirdikdən sonra Los-Ancelesdəki “Beverly Vogue & Lingerie House” üçün qadın alt paltarı hazırlayıb, həmçinin  bacarıqlı model yaradıcısı və parça mütəxəssisi kimi şöhrət qazanıb. Bir gün Devis ona zəng edərək “Yatmış gözəl”də (1959) Şahzadə Avrora rolu üçün (aktrisa Helen Stenli) geyim sifariş edir.

“Mark ətəyin rəqsdə hərəkətliliyini görmək istəyirdi. Bu mənim “Disney”dəki ilk işim idi”, - deyə  sonralar Elis xatırlayırdı.

1963-cü ildə Uolt Disneyin özü Elis Estesi 1964-1965-ci illərdə Nyu-York Dünya Sərgisi üçün Kiçik Dünya attraksionunda işə götürür. O, dizayner Meri Bleyrlə 150-dən çox kostyum üzərində işləyib.

Elis 2004-cü ildə “Disney əfsanəsi” adını alıb. Onun və həyat yoldaşının adı “Disneylend”də əsas küçədə bitişik pəncərələrə yazılıb.

Mənbə:  The Hollywood Reporter

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri