21 
Noy
2022
14:37
126
8
850
Virtual karabakh

İstanbulda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

21 Noy, 2022
14:37
850

İstanbulda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib. 

Oxu.Az xəbər verir ki, Cemal Reşit Rey salonunda baş tutan konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr üçün konserti, “Sevil” operasından Balaş və Sevilin ariyaları, “Azərbaycan elləri” mahnısı və digər əsərləri səsləndirilib.

Konsert proqramı Cemal Reşit Rey simfonik orkestri, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə, vokal ifaçıları Mərziyə Hüseynova, Opera və Balet Teatrının solisti Atəş Qaranın ifasında təqdim edilib. Konserti tanınmış dirijor, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov idarə edib. 

Böyük maraqla qarşılanan konserti həmvətənlərimizlə yanaşı, yerli sakinlər və dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar izləyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri