23 
Noy
2022
01:20
85
40
8079
Virtual karabakh

Məşhur aktrisa Aslı Enver hamilə olduğu üçün külli miqdarda təzminat ödəyəcək

23 Noy, 2022
01:20
8079

Məşhur aktrisa Aslı Enver hamilə olduğu üçün külli miqdarda təzminat ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktrisa Aslı Enver hamiləliyi səbəbindən təzminat ödəyəcək.

Ötən həftə Berkin Gökbudakla səssiz-sədasız evlənən Aslı Enverin hamilə olduğu iddia edilib.

Həmçinin aktrisanın bu səbəbdən “Benim adım Farah” serialından ayrıldığı da məlum olub.

Kulislərdə yayılan xəbərlərə görə, Aslı Enverə hamiləliyinin ilk aylarında olduğu üçün qarnı böyüyənə qədər layihəni davam etdirməsi təklif olunub. Lakin 38 yaşlı aktrisa həftəlik çəkiləcək olan serialın gərgin tempinə görə hamiləliyini riskə atmamağa üstünlük verib və təklifi qəbul etməyib.

Enver bu qərarı ilə serial layihəsindən alacağı maaşdan da imtina edib. Hər bölüm üçün 150 min dollar alacağı bildirilən Enverin layihədən uzaqlaşdığı üçün 15 min dollar (280 min TL) təzminat ödəyəcəyi iddia edilir.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri