23 
Noy
2022
23:30
28
385
8204
Virtual karabakh

“Moşu” və Məsuma Babayeva işsiz qalıb: Onlar teatrlardan təzyiqlə çıxarılıblar? - AÇIQLAMA + VİDEO

23 Noy, 2022
23:30
8204

“Moşu” və Məsuma Babayeva işsiz qalıb: Onlar teatrlardan təzyiqlə çıxarılıblar? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşı 70-i ötmüş aktyorlar və aktrisaların işlədikləri teatrlardan uzaqlaşdırılması narazılıqla qarşılanır.

Xezerxeber.az-ın məlumatına görə, belə aktrisalardan biri Məsuma Babayevadır.

Məsuma Babayeva 1972-ci ildən, yəni ömrünün 50 ilini Gənc Tamaşaçılar teatrına həsr edib. Son 4 ildə isə yaşı ilə əlaqədar olaraq işindən uzaqlaşdırılıb. Həm də, dediklərinə görə, böyük təzyiq və israrla.

Hazırda müxtəlif xəstəliklərdən əziyyət çəkən aktrisa dolanışığının çətin olmasından, dərmanlarını belə ala bilməməsindən, ona əlavə heç bir maddi yardım edilməməsindən  gileylidir.

O, səhhətində problem olmasına baxmayaraq, işləmək imkanının olduğunu vurğulayır. Ancaq deyir ki, işləmək üçün onu tamaşaya dəvət etmirlər.  

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Hüsniyyə Quliyeva aktrisanın ona israrala ərizə yazdırılması barədə səsləndirdiyi fikirləri təkzib edib.

Məsumə Babayevanın qanunla, yaşı tamam olduğu üçün işdən kənarlaşdırıldığını bildirilib. Teatr tamaşalarına dəvət alması barədə isə, bunun rejissorlardan asılı olduğunu, aktrisaya uyğun rol olarsa, yenidən dəvət ala biləcəyi bildirilib.

Yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən, buna görə incik düşən daha bir aktyorumuz isə “Moşu” obrazı ilə hər kəsin qəlbində özünə yer tutan Valeh Kərimovdur. O da uzun müddətdir ki, teatrdan uzaqlaşdırılıb. Amma işləmək imkanının olduğunu deyir.

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri