25 
Noy
2022
23:22
146
12
1675
Virtual karabakh

Cəlilabadda ilkin orta əsrlər dövrünə aid yaşayış məskəni aşkar edildi - FOTO

25 Noy, 2022
23:22
1675

Cəlilabadda ilkin orta əsrlər dövrünə aid yaşayış məskəni aşkar edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda ilkin orta əsrlər dövrü, Muğan mədəniyyətinə aid yaşayış məskəni aşkar edilib.

“Report”un məlumatına görə, yaşayış məskəni rayonun Maşlıq kəndi ərazisindən keçən “Əyirçay” adlanan çayın kənarında əkin işləri zamanı üzə çıxıb.

Yaşayış məskənində insanın kəllə sümüyü, bud-çanaq oynağı, barmaq falanqaları, kül-ocaq izləri, saxsı nümunələri, üzərində işarələr olan saxsı lövhə aşkar olunub.

Yerli tarixçi-araşdırmaçı Vüqar Adıgözəlovun sözlərinə görə, tapıntılara əsasən bu yaşayış məskəni ilkin orta əsrlər dövrünə aiddir.

Qeyd edək ki, yaşayış məskəni ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasına müraciət olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri