30 
Noy
2022
16:24
169
12
874
Virtual karabakh

Nazirlik Türkiyə əleyhinə film haqda: “Odda - İki bacı”ya yayım vəsiqəsi verilməyib”

30 Noy, 2022
16:24
874

Nazirlik Türkiyə əleyhinə film haqda: “Odda - İki bacı”ya yayım vəsiqəsi verilməyib”

“Mədəniyyət Nazirliyi “Odda - İki bacı” filminin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.
“Odda - İki bacı” filmi ilə bağlı bildiririk ki, sözügedən filmə nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, “Odda - İki bacı” (“Sisters apart”) filmi Türkiyəyə qarşı çəkilib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Buna baxmayaraq, Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirmək niyyətini göstərib. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Halbuki, Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri