Dek
2022
13:40
13
313
4123
Virtual karabakh

23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı qəbiri: Niyə ona sahib çıxan tapılmır? - VİDEO

3 Dek, 2022
13:40
4123

23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı qəbiri: Niyə ona sahib çıxan tapılmır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir neçə gün bundan qabaq sosial şəbəkə istifadəçiləri ot-alaf basmış qəbrin şəklini paylaşmışdılar. Bu mənzərə bizi buraya gəlməyə sövq etdirdi. Qəbrin otu, kol-kosu təmizlənsə də gördüyümüz mənzərə əslində çox sarsıdıcıdır”. 

Bizim.Media xəbər verir ki, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev kimi dahilərin müəllimi olan Asəf Zeynallı Yasamal qəbiristanlığının bir küncündə tərk edilib.

Qəbir daşı belə köhnəlib, əldən-gözdən düşüb. Daşın üstündə isə hamımızın sevdiyi bir mahnının notları var... 

Bu mahnı böyük Cəfər Cabbarlının “Ölkəm” şeirinə yazılmış mahnının notlarıdır. İndi onun ölkəsinin vətəndaşı, səlahiyyət sahibləri ildə iki dəfə də olsa gəlib burada səliqə-sahman işi aparmağa vaxt tapa bilmir. Ən sarsıdıcı məqam isə odur ki, qəbir daşının üstündəki yazılardakı səhvləri düzəltməyə belə, onun canından çox sevdiyi ölkəsinin Mədəniyyət Nazirliyinin imkanı yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri