Dek
2022
13:54
26
79
1973
Virtual karabakh

“Avroviziya”nın Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib - FOTO

7 Dek, 2022
13:54
1973

“Avroviziya”nın Azərbaycan nümayəndə heyətinin rəhbəri dəyişib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.

O, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, - paylaşımda qeyd olunub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın “Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri