Dek
2022
15:25
35
9
760
Virtual karabakh

“International Journal of Multiculturalism” jurnalının növbəti sayı dərc olunub

9 Dek, 2022
15:25
760

“International Journal of Multiculturalism” jurnalının növbəti sayı dərc olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (“Beynəlxalq Multikulturalizm Jurnalı”) adlı beynəlxalq elmi jurnalının sayca altıncı, 2022-ci ildə isə ikinci sayı işıq üzü görüb.

İldə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı da (http://bimc-ijm.com/index.aspx) fəaliyyət göstərir.

Bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.

Jurnalın altıncı sayında bir sıra xarici və yerli araşdırmaçı alimlərin – Elizabet J. Sandell, Luz Carime Bersh, Aminul İslam, Seden Kurtuluş, Ahmet Nazmi Üste, Ülviyyə Hacıyeva, Ahmet Qolinin “Məktəbəqədər təhsil müəssisələrində dərs deyən müəllimlərin tədris prosesində mədəniyyətlərarası dialoqun təbliği və təsiri”, “Estoniyanın Tallin şəhərində əcnəbi tələbələr arasında etno-mədəni xüsusiyyətlərin təhlili”, “Qafqaz Albaniyasının dini  simvolizmi”, “Bolqarıstanda dominant etnosda və etnik azlıqlarda Türkiyə anlayışı” və digər mövzularda məqalələri yer alıb.

Məlumat üçün bildirək ki, jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilr.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri