13 
Dek
2022
15:12
18
123
3699
Virtual karabakh

“The X-Files” filminin aktyoru vəfat edib - FOTO

13 Dek, 2022
15:12
3699

“The X-Files” filminin aktyoru vəfat edib - FOTO

“The X-Files” filminin aktyoru Stüart Marqolin 82 yaşında vəfat edib.

Aktyorun ölümü haqda xəbəri onun ögey oğlu Maks Martini verib.

“Sevgisi və dəstəyi ilə həmişə ailəsinin yanında olan atalığım. Nur içində yat”, - deyə o, özünün “Instagram” hesabında yazıb.

Aktyorun ölümünün səbəbləri açıqlanmayıb.

Marqolin həyatı boyu “The X-Files”, “Death Wish”, “Arbitrage”, “Quantum Leap”, “E.N.G.”, “Magnum, P.I.” serialları da daxil olmaqla bir sıra layihələrdə iştirak edib.

Aktyor 1979 və 1980-ci illərdə “The Rockford Files” serialının beşinci və altıncı mövsümləri üçün iki “Emmy” mükafatının qalibi olub.

Mənbə: Deadline

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri