16 
Yan
2023
21:08
29
285
6843
Virtual karabakh

Cina Lollobricidanın dəfn mərasiminin vaxtı bilindi – YENİLƏNİB + FOTO

16 Yan, 2023
21:08
6843

Cina Lollobricidanın dəfn mərasiminin vaxtı bilindi – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur italyan aktrisası Cina Lollobricidanın dəfn mərasimi cümə axşamı, yanvarın 19-da keçiriləcək.

Vida mərasimi isə çərşənbə və cümə axşamı Kapitoli təpəsindəki Roma şəhər meriyasının Protomoteka zalında baş tutacaq.

Dəfn mərasimi Romadakı Xalq Meydanında yerləşən Santa Maria in Montesanto kilsəsində təşkil olunacaq.

Qeyd edək ki, italyan kino uduzu bazar ertəsi 95 yaşında öz vətənində vəfat edib.

Mənbə: TASS

16:42

Məşhur italyan aktrisa Cina Lollobricida 95 yaşında vəfat edib.

O, “Fanfan-zanbaq” (“Fanfan La Tulipe”), “Paris Notrdam kilsəsi” (“Notre-Dame de Paris”), “Gecə gözəlləri” (“Les belles de nuit”), “Ərli dul qadın” (“Woman of Straw”) filmləri ilə şöhrət qazanıb.

Lollobricida “İtaliya Respublikasına xidmətlərinə görə” ordenin böyük zabiti, “Fəxri Legion” ordeninin kavaleri olub, 2018-ci ildə isə Los-Ancelesdəki Hollivud Şöhrət xiyabanında ulduz alıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri