19 
Yan
2023
02:35
130
7
3220
Virtual karabakh

6,5 tonluq maşının altında qaldığı üçün ağır yaralanan ulduz evinə buraxıldı - FOTO/VİDEO

19 Yan, 2023
02:35
3220

6,5 tonluq maşının altında qaldığı üçün ağır yaralanan ulduz evinə buraxıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Marvel” kainatındakı “Qisasçılar” (“The Avengers”) filmində “Şahingöz” obrazını canlandıran amerikalı aktyor Ceremi Renner xəstəxanadan evə buraxılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Hollivud uduzu özünün “Twitter” hesabından xəbər verib.

“Beynim hələ dumanlı olsa da və sağalma mərhələsində olsam da, ailəmlə birlikdə evdə (“Mayor of Kingstown” serialının) ikinci mövsümünün ilk seriyasını həyəcanla izlədim”, - deyə Renner bildirib.

Qeyd edək ki, aktyor sözügedən serialda baş rolu oynayır.

Xatırladaq ki, aktyor Nevada ştatının Reno şəhərindəki evinin qarşısında qar təmizləyərkən qəzaya uğrayıb: 6,5 tonluq qartəmizləyən maşın onun üstündən keçib. Nəricədə ağır yaralanan, çoxlu qan itirən Renner xəstəxanaya yerləşdirilib. KİV-də yayılan məlumatlara görə, həkimlər Cereminin döş qəfəsindən aldığı zədənin öhdəsindən gələ biliblər, lakin ayağının vəziyyəti yaxşı deyil - aktyor ayağını itirə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri