26 
Yan
2023
13:16
124
14
4742
Virtual karabakh

85 yaşı olan “Mercedes-Benz” avtomobili ilə FOTOREPORTAJ

26 Yan, 2023
13:16
4742

85 yaşı olan “Mercedes-Benz” avtomobili ilə FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibinin sözlərinə görə, 1938-ci il istehsalı “Mercedes-Benz” Adolf Hitlerin generallarından birinə məxsus olub. General şəxsi maşını olaraq istifadə edib. 85 yaşlı avtomobilin özünəməxsus xüsusiyyətləri var. Dəyəri 1,5 milyon manatdır. Dünyada limitli sayda olan bu klassik avtomobil İkinci Dünya müharibəsindən əvvələ aiddir. Maşın iki qapılıdır. Ölkədə 1 ədəd qalıb. 170 B modelidir. Dizel yanacağı ilə işləyir.

1936-cı ilin fevralında Berlində keçirilən Beynəlxalq avtomobil və motosiklet sərgisində təqdim edilib. Zavod 1936-1942-ci illərdə bu modeldən 7506 ədəd istehsal edib. Orta sinfin ən çox aldığı avtomobil silsiləsindəndir. Lakin İkinci Dünya savaşında Almaniyada bütün metal istehsalı müharibəyə yönəldiyindən avtomobil istehsalı xeyli azalıb. Müharibədən sonra yenə də Avropada ən çox satılan avtomobil brendinə çevrilib.

Avtomobilin sahibi Teymur Məmmədov sözügedən avtomobili qohumu Heydər Əhədov vəfat etdikdən sonra mərhumun oğlundan alıb. Bir sıra xeyir işlərdə istifadə olunub. Kliplərə də çəkilib.

PhotoStock.az-ın sözügedən avtomobillə hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri