Apr
2015
20:50
3
1
1001
Virtual karabakh

“28 Cinema”da media nümayəndələri üçün film nümayiş olunub

3 Apr, 2015
20:50
1001

“28 Cinema”da media nümayəndələri üçün film nümayiş olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film komediya janrında çəkilib.

Aprel ayının 2-də Azərbaycanın premium kinoteatrı  “28 Cinema” növbəti  dəfə media üçün film nümayişi keçirib.

Oxu.Az xəbər verir ki, bu dəfə media nümayəndələri və bloqqerlər  Türkiyə istehsalı olan “Bana Masal Anlatma” filmini izləyiblər.

Filmin qəhrəmanı həyatını sürücülük edərək qazanan saf ürəkli və utancaq Rza, məhəlləsinin göz bəbəyi olan bir gəncdir. Lakin doğru bildiyi hər şeyi  Ayperi ilə yenidən nəzərdən keçirir. Çünki,  Ayperi əl atdığı hər şeyi gözəlləşdirən nağıl qəhrəmanı adında bir qızdır. Biri qəhrəman olmaq istəyərkən, digəri isə qəhrəmanının arxasındadır.

Film komediya janrında çəkilib. Filmdə Fatih Artman, Hande Doğandemir, Devrim Yakut, Gökçe Bahadır, Gürkan Uygun kimi məşhur aktyorlar çəkilib. Filmin ssenaristi və rejissoru Burak Aksakdır.  “Bana Masal Anlatma”  Türkiyədə izləmə rekorduna da malikdir. Belə ki, filmi artıq 1,5 milyondan çox insan tərəfindən izlənib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın  www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri