27 
Fev
2023
20:36
72
23
2035
Virtual karabakh

ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarının qalibləri açıqlandı - FOTO

27 Fev, 2023
20:36
2035

ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarının qalibləri açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesdə yalnız aktyorluq nominasiyalarını nəzərdə tutan ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Mükafatın qalibi “Everything Everywhere All at Once” filmində iştirak edən Mişel Yeo, Ceymi Li Kertis və Ke Huy Kuan olublar. Film həmçinin mərasimin əsas mükafatını ən yaxşı aktyor heyətinə görə alıb.

Brendan Freyzer Darren Aronofskinin “The Whale” flmindəki roluna görə “ən yaxşı aktyor” seçilib.

Komediya serialında ən yaxşı aktyor heyəti mükafatı “Abbott Elementary”, dram serialında ən yaxşı aktyor heyəti isə “The White Lotus”da hesab olunub.

Cennifer Kulidc, “The White Lotus” filmindəki performansına görə “dram serialında ən yaxşı aktrisa” mükafatını alıb.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri