Mar
2023
01:00
92
175
8814
Virtual karabakh

Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

8 Mar, 2023
01:00
8814

Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yaşayan iranlı biznesmen Reza Zərrab keçmiş həyat yoldaşı və müğənni Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa hazırlaşır.

O, bu barədə artıq vəkillərinə göstəriş də verib.

Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara üstündə qəyyumluq mübahisəsi göstərilir.

Qeyd edək ki, Reza Zarrab Təbriz şəhərində anadan olub və əslən azərbaycanlıdır. O, Türkiyədə fərqli sahələrdə fəaliyyət göstərən holdinqin sahibidir. Bundan başqa o, bəstəkarlığı ilə də tanınır.

Zərrab Ebru Gündeşlə yanaşı bir sıra məşhur müğənnilər üçün də arabesk mahnı sözləri yazıb. Bunların arasında Sibel Canın oxuduğu “Eski Toprak” və İbrahim Tatlısesin ifa etdiyi “Neden” mahnılarını xüsusi qeyd etmək olar.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri