10 
Mar
2023
19:30
25
197
5176
Virtual karabakh

Muzeydə toy fotosessiyası neçəyə başa gəlir? - QİYMƏTLƏR

10 Mar, 2023
19:30
5176

Muzeydə toy fotosessiyası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son dövrlərdə küçədə, parkda, dəniz kənarında toy fotosessiyası etdirən cütlükləri görmək adi hal alıb.

Ancaq muzeylərdə də gəlin-bəy fotosessiyası etdirməyin mümkün olduğunu bilirdinizmi?

Azərbaycanda yeni olan bu təcrübə əvvəlcə muzeyşünaslar tərəfindən birmənalı qəbul olunmasa da, son vaxtlar ekspoziyanın qapılarını toy fotoqraflarının üzünə açan muzeylərimizin sayı artmaqdadır. Qeyd edək ki, bu icazə bütün muzeylərə şamil olunmur. 

Oxu.Az bu məqsədlə ən çox müraciət olunan həmin muzeylərin toy fotosessiya qiymətlərini təqdim edir:

Milli Azərbaycan Tarixi Muzeyində toy fotosessiyasının qiyməti bir saatı 300 manatdır.

Ölkənin ən nüfuzlu muzeylərindən hesab olunan Azərbaycan Milli Xalça Muzeyində bu təcrübə yenidir və fotosessiyanın qiyməti 1 saatı 150 manatdır.

Milli İncəsənət Muzeyində qiymətlər Xalça Muzeyində olduğu kimi bir saatı 150 manatdır. Qeyd edək ki, İncəsənət Muzeyinə cütlüklər daha çox üz tutur. Bu da muzeyin ekspozisiyasının çəkiliş üçün daha münasib olması və rəsm əsərlərinin çoxluğu ilə bağlıdır.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğundan verilən məlumata görə, qoruq ərazisindəki muzeydə gəlin-bəy fotosessiyasının bir saatlıq qiyməti 300 manatdır.

Son dövrlərdə daha da məşhurlaşan “Suraxanı” gəmi-muzeyindən saytımıza bildiriblər ki, muzeydə toy fotosessiyası mümkündür, ancaq qiymət vaxta görə dəyişə bilir. Fotosessiya üçün isə təxminən 7-10 gün əvvəldən müraciət etmək lazımdır.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun Muzeyində isə konkret vaxt limiti yoxdur. Gəlin və bəy özləri üçün şəkil çəkdirmək istəyirlərsə, 25 manat ödəməkləri kifayətdir. Əgər çəkiliş reklam xarakterlidirsə, qiymətlər 300-500 manat arasında dəyişir.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri