13 
Mar
2023
08:52
81
16
3899
Virtual karabakh

95-ci “Oskar”ın təqdimatı: İlin ən yaxşı filminin və ən yaxşı aktyorunun adı bəlli olub

13 Mar, 2023
08:52
3899

95-ci “Oskar”ın təqdimatı: İlin ən yaxşı filminin və ən yaxşı aktyorunun adı bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Los-Anceles şəhərində 95-ci “Oskar” mükafatlarının sahibləri bəlli olub.

İlin ən yaxşı filmi “Everything everywhere all at once” (“Hər şey hər yerdə və dərhal”) seçilib.  

Mişel Yeo isə bu filmdəki roluna görə, “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.

İlin ən yaxşı aktyoru adına “The Whale” (“Kit”) filmindəki roluna görə Brendan Freyzer layiq görülüb.

Den Kvan və Daniel Şeynert “Everything everywhere all at once” (“Hər şey hər yerdə və dərhal”) filminə görə ən yaxşı rejissor adına layiq görülüblər.

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

Ən yaxşı cizgi filmi “Pinokkio Gilyermo del Toro” seçilib.

Mənbə: Bostonglobe

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri