21 
Mar
2023
17:12
143
17
1025
Virtual karabakh

Estoniyada qeyd edilən Novruz bayramı - FOTO

21 Mar, 2023
17:12
1025

Estoniyada qeyd edilən Novruz bayramı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Azərbaycan Evində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bayram şənliyində Estoniya parlamentinin üzvləri, Estoniya Mədəniyyət Nazirliyinin, Tallin şəhər bələdiyyəsinin nümayəndələri, Estoniya Milli Azlıqlar Birliyinin rəhbəri və digər azsaylı xalqların - ukraynalı, çərkəz, tatar, qazax, özbək, türk, qırğız, yəhudi, mordva icmalarının üzvləri iştirak ediblər.

Mərkəzin rəhbəri Niyazi Hacıyev qonaqları milli geyimdə salamlayaraq əvvəlcə onları, daha sonra isə bütövlükdə dünya azərbaycanlılarını milli bayramımız münasibətilə təbrik edib.

O, Novruz bayramı və adət-ənənələri haqqında qonaqlara məlumat verərək vurğulayıb ki, ana təbiətin oyanmasının, yazın müjdəçisi olan Novruz Azərbaycanda və bir sıra ölkələrdə qeyd olunur.

Tədbirdə yumurta döyüşü, milli rəqslər nümayiş etdirildikdən sonra qonaqlara Azərbaycanın milli təamları təqdim olunub, onlara bayram hədiyyələri verilib.

Qonaqların bəziləri çıxış edərək xalqımızı bayram münasibətilə təbrik edərək arzularını çatdırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri